Tarixi

Qax rayonu Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biri olmaqla əhalisi Azərbaycanda oturaq əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olan ibtidai tayfaların sıx məskunlaşdığı əsas mədəniyyət mərkəzlərindən biri olmuşdur. Arxeoloji axtarışlar nəticəsində regionda neolit, tunc, ilk dəmir dövrünə aid çoxlu yaşayış yerləri və kurqanlar qeydə alınmışdır.

Rayon Mədəniyyət və Turizm şöbəsi 1949-cu ildə Mədəniyyət şöbəsi kimi təşkil edilmişdir. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30.01.2006-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır.

Mədəniyyəti

Qaxın turizm obyektləri, görməli yerləri çoxdur. Bunlardan ən maraqlılarından biri də İçəri bazardır. Bəli, bu günki İçəri bazar tarixi abidə kimi Azərbaycanın ən cəlbedici və maraqlı turizm mərkəzlərindən biri sayıla bilər. “İçəribazar qala kompleksini”- səyahət edərək keçmiş yüzilliklərin memarlığını yeni ideya və məzmunda duymaq, müasir reallığı hiss etmək mümkündür. Hal-hazırda İçəribazar özünün ikinci çiçəklənmə dövrünü yaşayır. Şimal və cənub istiqamətindəki qapılar bərpa olunmuş, turistlərə xidmət göstərəcək dükanlar tikilmiş, bazar meydanında isə yaşıl teatr fəaliyyət göstərir.

Rayonda bir neçə yaşayış məskənləri və kurqanlar (Eneolit-Dəmir, Tunc dövrlərinə aid) aşkar edilmişdir. İlisu Tarixi-Mədəniyyət qoruğunda V-VI əsrlərə aid Alban məbədi, XVII əsrə aid Came məscidi qorunur. Rayonda IX-XIV əsrlərə aid “Cinli” qala; XII-XIII əsrlərə aid Məbəd kompleksi; XV-XVI əsrlərə aid “Pəri qalası”; XVI əsrə aid Məbəd, Qala qapısı və divarları; XVI-XVII əsrlər Hacı Tapdıq məscidi; XVIII əsrə aid məscid vardır.

Coğrafiya, iqlim

Qax rayonu Baş Qafqaz silsiləsinin cənub yamacında (Ahvay d., 3481 m, Qaraqaya d., 3465 m.), Qanıx-Əyriçay vadisində və Acınohur alçaq dağlığında yerləşir. Acınohur alçaq dağlığında Daşüz, Xocaşen silsilələri və Acınohur düzü ayrılır. Rayonda Yura, Təbaşir, Neogen və Antropogen yaşlı çöküntülər səthə çıxır. Kvars, inşaat materialları mühüm təbii sərvətlərdir. Acınohurda yarımsəhra və quru çöl iqlimi, Qanıx-Əyriçay vadisində qışı quraq keçən mülayim-isti iqlim, dağların yamaclarında yağıntıları bərabər paylanan mülayim-isti, bütün fəsllərdə bol yağıntısı olan soyuq iqlim, yuxarıda dağ-tundra iqlim tipləri yaranır. Yanvar ayının orta temperaturu 2 °C-dən -10 °C-yə qədər, iyulda alçaq ərazilərdə 25 °C, dağlarda 10 °C qeydə alınır. Yağıntıların orta illik miqdarı 500–1600 mm arasında dəyişir. Baş Qafqazın cənub yamaclarından axan Kürmük, Şəki rayonundan gələn Əyriçay Qanıx çayına tökülür

  • 08.02.2020by Qaxsu