–İnsanın günlük su ehtiyacı nə qədərdir?
Su bədən quruluşumuzu və həyatımızı sağlam bir şəkildə davam etdirə bilməyimiz üçün çox böyük həyati əhəmiyyətə malikdir. Çünki insan bədəninin 2/3-i sudan ibarətdir və bədənimizin bir çox əhəmiyyətli funksiyasını su yerinə yetirir. İnsanların suya olan ehtiyacları da fərqlidir. Sağlam insan gündə ortalama 2-2.5 lt su itirir.(itirilən su böyrəklər vasitəsilə, tərləmə və fiziki işlərlə məşğul olduqda ifraz olunr). Bədəninizin hüceyrələrini susuz buraxmamaq üçün itirdiyiniz qədər gün boyunca düzənli olaraq suyu qəbul etməyiniz gərəkir. Sağlamlığınız üçün su alımınızı su itirdiyinizə görə nizamlamalı, aldığınız və itirdiyiniz su miqdarlarını balanslaşdırmalısınız. Sağlamlığınızda problem genelliklə ehtiyacdan çox su qəbul etdiyinizdə deyil, daha az su içdiyinizdə ortaya çıxar.
Dünyada hər il 1.5 milyon insanın çirklənmiş sulardan istifadəsi ölümlə nəticələnməkdədir.
Su azlığı hansı fəsadları yaradır?
İnsanda gücsüzlük, halsızlıq və bədənin performansı sürətlə azalır, təzyiqin aşağı düşməsinə səbəb olur. Suyu az içdikdə qan axıcılığını itirir və qatılaşır. Odur ki, əgər bədəndə su çatışmazlığı varsa, qan normadan çox laxtalanır və bu da orqanlara çox az miqdarda oksigen və qida maddəsi çatdırılmasına səbəb olur. Bunun nəticəsində də yorğunluq, halsızlıq, enerji azlığı, səhərlər oyana bilməmək kimi problemlər ortaya çıxır. Suyun bədəndəki bir digər funksiyası da bəzi vitamin, mineral və qida elementlərinin həzminə kömək etməsidir. Xüsusilə B qrupu vitaminlər və C vitamini ən önəmlilərindəndir. Kifayət qədər su içən insanların dərisi daha elastik olur, dəri yaxşı nəmləndiyi üçün qırışların qarşısı alınır, yəni qocalma ləngiyir.
Oynaqlarınızın sürüşkənliyini təmin edərək oynaq ağrılarının qarşısını alır. Bədəndə yığılan toksinlərin kənar edilməsinin ən yaxşı yolu– yenə də bol su içməkdir. Yeməkdən yarım saat əvvəl qəbul edilən su mədədə dolğunluq hissi yaradaraq daha az qida qəbul edilməsinə səbəb olur və deməli, kökəlmənin qarşısını alır. Suyun bütün bu faydalarını öyrəndikdən sonra kifayət qədər su içməmək bədənimizə edəcəyimiz haqsızlıq, sağlamlığımıza verəcəyimiz zərər olacaqdır.
Hər içməli süfrə suyunu ucuza təmin edərik deyib sağlamlığınızı risqə atmayın.
Hansı yaşda olursanız-olun sağlığınız üçün lazımi qədər keyfiyyətli və sağlıqlı su tükətməlisiniz. Tükətdiyiniz suyun sadəcə miqdarına deyil, təmizliyinə və tərkibindəki minerallara diqqət etməlisiniz. Hüceyrələrinizi sağlıqlı bir su ilə bəsləməlisiniz.
- 08.02.2020