Qax Aqua Life
Şirkətimiz 2004-cü ildə təsis edilmişdir
``Qax Aqua Life`` içmək, yemək bişirmək, idman və hətta uşaqlar üçün idealdır.
“Unikal” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə təsis olunmuşdur.Cəmiyyətimiz yarandığı gündən Avropa və MDB ölkələri ilə ticarət əlaqələri qurmuş və bu günə qədər də uğurla davam etməkdədir.Eyni zamanda şirkətimiz yarandığı vaxtdan təbii mineral süfrə suyunun istehsalı və satışı üzrə biznes layihəsini həyata keçirməkdədir.
Çatdırılma Xidməti
Biz Bakıda evlərə, ofislərə içməli su sifarişi və pulsuz çatdırılmasını yüksək səviyyədə təşkil edirik. Çatdırılma xidmətimizdə peşəkar işçi heyəti çalışır.
Siz bizim saytımızdan online sifariş edə və bizim haqqımızda geniş informasiya ala bilərsiniz.
-
Pulsuz Çatdırılma Xidməti
-
Həftədə 6 gün
-
9:00 – 18:00 Hər gün
Suyumuzun
Kimyəvi tərkibi
Hidrokarbonat
100-250 mg/dm3
Suda olan hidrokarbonat suyun pH səviyyəsini tənzimləmək və dadını yaxşılaşdırmaq üçün lazımdır.
Sulfat
~100 mg/dm3
Sulfatlı su bağırsaqlarda qazların yığılmasını aradan qaldırır və sonuncunun işini normallaşdırır. Bu sudan istifadə etmişn bütün yaşlı insanlar ilk növbədə bağırsaq sisteminin yaxşı işlədiyini qeyd edirlər.
Xlor
~25 mg/dm3
Suyun xlorlanması sərbəst xlorun və onun birləşmələrinin mikrobların ferment sisteminin dağıtması xassəsinə əsaslanır. İçməli suyu zərərsizləşdirmək üçün xlor, xloramin və xlorlu əhəngdən istifadə olunur.
PH
7.4
Həm təbii mənbəələrdə, həm də içməli sularda suyun pH dəyəri az qələvili və ya neytral olmalıdır. Xüsusən də, mənbəə sularında ən münasib pH dəyəri 6,5 – 8,5 aralığında, içməli sularda isə 6,5-9,2 aralığında olmalıdır.
Natrium + Kalium
~50 mg/dm3
Natrium, orqanizmdə su tarazlığını tənzimləyən bir mineraldır. Sinir sistemi və əzələ hərəkətləri üçün çox faydalıdır. Kalium orqanizmdə elektrolit tarazlığın təmin edilməsinə, sinir həssaslığının nəzarətdə saxlanmasına, qan təzyiqinə nəzarət olunmasına, fermentlərin normal fəaliyyətinə müsbət təsir göstərən əhəmiyyətli bir mineraldır.
Kalsium
5-50 mg/dm3
Kalsium mineralı 99%-i sümük və dişlərdə, yerdə qalan 1%-i isə qan və hüceyrələrdə olmaqla insan bədənində ən çox yer tutan mineraldır.
Maqnezium
~30 mg/dm3
Orqanizmdəki əsas minerallardan biri olan maqnezium, orqanizmdəki metabolik əməliyyatların çoxunda lazımlı bir birləşmədir.
Minerallaşma
0.4-0.6 mg/dm3
Su keyfiyyətinin vacib göstəricilərindən biri də minerallaşmadır. Əgər onun səviyyəsi normaldan aşağıdırsa, bu, məsələn, ürək-damar xəstəliyinə səbəb ola bilər.
Faydalı məlumatlar
Qax haqqında
Tarixi Qax rayonu Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biri olmaqla əhalisi Azərbaycanda oturaq əkinçilik, maldarlıq və ...
Suyun sağlamlığa faydaları nələrdir?
–İnsanın günlük su ehtiyacı nə qədərdir? Su bədən quruluşumuzu və həyatımızı sağlam bir şəkildə davam etdirə bilməyimiz üçün çox böyük həyati ...