Şirkətimiz haqqında

Ətraflı

“Unikal” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə təsis olunmuşdur.Cəmiyyətimiz yarandığı gündən Avropa və MDB ölkələri ilə ticarət əlaqələri qurmuş və bu günə qədər də uğurla davam etməkdədir.Eyni zamanda şirkətimiz yarandığı vaxtdan təbii mineral süfrə suyunun istehsalı və satışı üzrə biznes layihəsini həyata keçirməkdədir.Təbii mineral süfrə sularının zəngin mənbəyi olan Böyük Qafqaz Sıra dağlarının ətəyində yerləşən, ecazkar təbiətə malik Qax rayonunun ərazisində “Unikal” MMC təbii mineral süfrə sularının qablaşdırılması fabrikasını qurmuşdur.Qablaşdırdığımız təbii mineral süfrə suyunun qaynağı yerləşən ərazi şirkətimizə məxsus olmaqla hər cür ekoloji çirklənmələrdən qorunur. Hal-hazırda “Aqua Life” markaları ilə istehsal etdiyimiz mineral süfrə suları Azərbaycanda və yaxın MDB dövlətlərində böyük şöhrət qazanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Labarator yoxlamaları əsasında “Aqua Life” mineral süfrə suları hidrokarbonatlı, kalsiumlu-natriumlu təbii mineral süfrə suyu kimi öz təsdiqini tapmışdır. Həmçinin “Aqua Life” mineral süfrə suyundan maddələr mübadiləsinin pozulması , xroniki qastrid, şəkərli diabet, öd kisə daşlaşması kimi hallarda daimi istifadə etmək tövsiyyə olunur. “Unikal” MMC-nin rəhbərliyi hər zaman kəmiyyətə deyil keyfiyyətə üstünlük vermişdir. O baxımdan bizim məhsullarımız alıcı auditoriyası tərəfindən rəğbətlə qarşılanır.

Şirkətimiz 2004-cü ildə təsis edilmişdir
``Qax Aqua Life`` içmək, yemək bişirmək, idman və hətta uşaqlar üçün idealdır.
Tam nəzarət
Sağlam tərkib
6 Filtrasiya mərhələləri
Keyfiyyət sertifikatları
Daxili

Mineral tərkibi

Hidrokarbonat

100-250 mg/dm3

Suda olan hidrokarbonat suyun pH səviyyəsini tənzimləmək və dadını yaxşılaşdırmaq üçün lazımdır.

Sulfat

~100 mg/dm3

Sulfatlı su bağırsaqlarda qazların yığılmasını aradan qaldırır və sonuncunun işini normallaşdırır. Bu sudan istifadə etmişn bütün yaşlı insanlar ilk növbədə bağırsaq sisteminin yaxşı işlədiyini qeyd edirlər.

Xlor

~25 mg/dm3

Suyun xlorlanması sərbəst xlorun və onun birləşmələrinin mikrobların ferment sisteminin dağıtması xassəsinə əsaslanır. İçməli suyu zərərsizləşdirmək üçün xlor, xloramin və xlorlu əhəngdən istifadə olunur.

PH

7.4

Həm təbii mənbəələrdə, həm də içməli sularda suyun pH dəyəri az qələvili və ya neytral olmalıdır. Xüsusən də, mənbəə sularında ən münasib pH dəyəri 6,5 – 8,5 aralığında, içməli sularda isə 6,5-9,2 aralığında olmalıdır.

Natrium + Kalium

~50 mg/dm3

Natrium, orqanizmdə su tarazlığını tənzimləyən bir mineraldır. Sinir sistemi və əzələ hərəkətləri üçün çox faydalıdır. Kalium orqanizmdə elektrolit tarazlığın təmin edilməsinə,  sinir həssaslığının nəzarətdə saxlanmasına, qan təzyiqinə nəzarət olunmasına, fermentlərin normal fəaliyyətinə müsbət təsir göstərən əhəmiyyətli bir mineraldır.

Kalsium

5-50 mg/dm3

Kalsium mineralı 99%-i sümük və dişlərdə, yerdə qalan 1%-i isə qan və hüceyrələrdə olmaqla insan bədənində ən çox yer tutan mineraldır.

Maqnezium

~30 mg/dm3

Orqanizmdəki əsas minerallardan biri olan maqnezium, orqanizmdəki metabolik əməliyyatların çoxunda lazımlı bir birləşmədir.

Minerallaşma

0.4-0.6 mg/dm3

Su keyfiyyətinin vacib göstəricilərindən biri də minerallaşmadır. Əgər onun səviyyəsi normaldan aşağıdırsa, bu, məsələn, ürək-damar xəstəliyinə səbəb ola bilər.

Müştərilərimiz